Dənizdə batan yeniyetmənin meyiti tapılıb

Xəbərlər

10.07.2022 - 20:08

Həkimlər Klinikalar SEO Xidməti

Şahbazlı Əmirxanın aidiyyəti üzrə təhvil verilib

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2007-ci il Şahbazlı Əmirxan Şahbaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, Ə.Şahbazlının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. ​

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş