Bu il ərzində ADY 5 milyona yaxın sərnişinə xidmət edib
Azərbaycanda bu ilin sentyabr ayında 631 204 sərnişin qatarlarla səyahət edib. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci ilin göstəricisindən 46 faiz çoxdur.
Ümumilikdə isə bu il ərzində ADY 5 milyona yaxın sərnişinə xidmət edib.