Son sutkada 90 nəfər koronavirusa yoluxub

Cəmiyyət

28.12.2022 - 19:39

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 826 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 641 nəfər müalicə olunaraq sağalıb, hazırda 516 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2082, bu günə qədər isə ümumilikdə 7 425 687 test icra olunub.

Müəllif: Ayna.az