Daha 9 soydaşımız Ukraynadan təxliyə olunub

Xəbərlər

06.05.2022 - 21:19

Həkimlər Klinikalar SEO Xidməti

Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb

Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunublar. Bu barədə AYNA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş