78 nəfər Laçın şəhərinə, 11 nəfər isə Zabux kəndinə köçüb
Böyük Qayıdış üzrə Laçına növbəti dəfə köç olub. AYNA xəbər verir ki, bu gün Laçın rayonuna 24 ailə köçürülüb. Bununla da daha 89 laçınlı öz doğma yurd-yuvasına qayıdıb.
Onlardan 78 nəfər Laçın şəhərinə, 11 nəfər isə Zabux kəndinə köçüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.