COVID-19-la bağlı son statistika açıqlanıb

Cəmiyyət

04.03.2023 - 17:11

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət məlum olub

Azərbaycanda koronavirusa 34 yeni yoluxma qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 682 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 366 nəfər müalicə olunaraq sağalıb, 10 127 nəfər vəfat edib. Aktiv xəstə sayı 189 nəfərdir.

Son gün ərzində 1 415, bu günədək isə 7 531 433 test aparılıb.

Müəllif: Ayna.az