COVID-19 əleyhinə vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

08.02.2023 - 20:37

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 310 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 65, ikinci doza vaksinlərin sayı 125 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 110-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 10 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 944 476 olub.

Müəllif: Ayna.az