COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

07.09.2022 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1353 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 353 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 671, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 127 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 868 240, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 375 656, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 213, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 368 451, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 259 920 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş