COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

18.06.2023 - 20:06

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 45 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 8, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 966 395, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 813, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 028, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 288, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 266 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş