Son sutkada 2 min 200-dən çox şəxs peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 292 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, üç və daha çox doza vaksin vurduranların sayı 1 349, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 184 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 764 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 354 028, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 487, üç və daha çox doza vaksin vurduranların sayı 3 307 795, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 249 097 təşkil edir.