“Buster” doza üzrə vaksinasiya olunanların sayı 244 min 138 nəfər təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 067 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 587, üç və daha çox doza vaksin vurduranların sayı 1 910, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 701 250, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 846 372, üç və daha çox doza vaksin vurduranların sayı 3 265 489, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 244 138 təşkil edir.