COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

30.01.2022 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 30 minə yaxın şəxs vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 728 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 310, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 26 044 nəfərdir.

Ölkədə vurulan peyvbəndlərin ümumi sayı 12 000 749, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 742 169, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2 028 192 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş