COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

14.11.2021 - 19:51

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 18 min 861 nəfər "buster" doza üzrə vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 178, "buster" doza üzrə vaksinasiyadan keçənlərin sayı isə 18 861 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10 092 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 614, "buster" doza üzrə vaksinasiyadan keçənlərin sayı isə 589 459 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş