COVID-19-a qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

26.04.2023 - 17:33

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 434 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 434 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 959 861, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 719, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 675, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 266 132 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş