ABŞ Prezidenti dünya ictimaiyyəti üçün vacib olan nitq söyləyəcək
ABŞ Prezidenti Co Bayden Polşaya səfəri çərçivəsində amerikalı əsgərlərlə görüşəcək və dünya ictimaiyyəti üçün vacib olan nitq söyləyəcək.
AYNA TASS-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ağ Evin verdiyi məlumata görə, Co Bayden martın 24-də NATO-nin növbədənkənar sammitində və G7 görüşündə iştirak edəcək. Prezident həmçinin Avropa Şurasının planlaşdırılmış sammitinə qoşulacaq. ABŞ Prezidenti martın 25-də Polşaya yola düşəcək.