Çindən ABŞ-ın ticarət danışıqları təklifinə cavab: “Qapılar açıqdır”

Dünya

02.05.2025 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

“Çinin mövqeyi ardıcıldır: əgər mübarizə aparmalı olsaq, sona qədər mübarizə aparacağıq”

Çin hakimiyyəti ABŞ-ın ikitərəfli ticarət danışıqlarına hazır olduqları barədə bəyanatlarını araşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, Amerika rəsmiləri ticarət tariflərini müzakirə etmək üçün Pekinlə danışıqlar aparmağa hazır olduqlarını dəfələrlə bildiriblər: "Birləşmiş Ştatlar bu yaxınlarda maraqlı tərəflər vasitəsilə Pekinə Çinlə danışıqlara başlamaq istəyini bildirən mesajlar göndərib. Hazırda Çin bunu araşdırır".

“Çinin mövqeyi ardıcıldır: əgər mübarizə aparmalı olsaq, sona qədər mübarizə aparacağıq. Dialoqa ehtiyac olarsa, qapılar açıqdır”, - bəyanatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş