Hadisə ilə əlaqədar istintaq işi başladılıb
Çində kömür mədənində güclü partlayış baş verib. AYNA xəbər verir ki, bu barədə Çinin Şinşua xəbər agentliyi məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, 15 nəfərin ölümünə, 9 nəfərin isə yaralanmasına səbəb olan partlayış kömür mədənində qazın sıxılması səbəbiylə baş verib.
Yaralılar xəstəxanaya çatdırıldıqan sonra hadisə ilə əlaqədar istintaq işi başladılıb.