Çində “ikinci dalğa” təhlükəsi yarandı

Dünya

12.05.2020 - 15:50

“Riskli bölgə” olan Şulanda 14 yeni yoluxma hadisəsi qeydə alınıb

 

Çində 5 günlük rəsmi tətillərdən sonra ardıcıl olaraq baş verən koronavirusa yeni yoluxma xəbərləri “ikinci dalğa” narahatlığına səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, dünəndən etibarən “riskli bölgə” elan edilən Şulan şəhərində növbəti 14 yeni yoluxma hadisəsi qeydə alınıb.

 

Virusun bir qadından yayıldığı məlum olub. 45 yaşındakı qadının polis idarəsinin camaşırxanasında çalışdığı bildirilib.

 

Səlahiyyətlilər qadının virusa necə yoluxduğu barədə araşdırmaya başlayıblar.

 

Bununla yanaşı, qadının polis paltarından virusa yoluxduğu da iddia edilir.

Müəllif: Ayna.az