Müdafiə Nazirliyi: “NATO Əfqanıstan, İraq və Ukraynada münaqişələrə səbəb olub”
Şimali Atlantika Alyansı (NATO) Əfqanıstan, İraq, Liviya və Ukraynada silahlı münaqişələrə səbəb olub. AYNA xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.
“NATO dağıntılar törədən maşındır. Alyans bütöv regionlara, eləcə də Ukrayna və Əfqanıstan, İraq və Liviya sakinlərinə müharibə və fəlakət alovunu gətirdi”, - deyə nümayəndə bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi blokdakı müttəfiqlər “dünya münaqişələri haqqında spekulyasiya etməyə davam edirlər”. O vurğulayıb ki, NATO ölkələri özləri haqqında düşünməli və Çini günahlandırmamalıdırlar.
Bundan əvvəl Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu bildirmişdi ki, Avropada yeni dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılması Ukraynadakı böhrana son qoymağın yeganə yoludur. Diplomatın sözlərinə görə, Çin hakimiyyəti dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişəsini günahı başqasına atmaqla və odun üstünə yağ tökməklə sona çatdırmaq mümkün deyil.