Çin “Boeing”in tədarükünə qoyulan qadağanı aradan qaldırıb

Dünya

13.05.2025 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Aviaşirkətlərə çatdırılma şərtlərini özləri müəyyən etmək imkanı verilib

Çin hakimiyyəti Amerikanın “Boeing” şirkətindən təyyarələrin çatdırılmasına qoyulan qadağanı aradan qaldırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

Bildirilib ki, Çin rəsmiləri bu həftə yerli daşıyıcılara və səlahiyyətlilərə çatdırılmaların bərpa oluna biləcəyini söyləməyə başlayıblar.

Mənbələrdən birinin dediyinə görə, aviaşirkətlərə çatdırılma şərtlərini özləri müəyyən etmək imkanı verilib.

Qeyd edək ki, çatdırılma qadağası təxminən bir ay əvvəl tətbiq edilib. Bəzi təyyarələr çinli müştərilər tərəfindən rədd edilib və məhsullar ABŞ-a qaytarılıb.

“Boeing” isə Çinə çatdırılmasını gözləyən təyyarə üçün başqa alıcılar tapmağa hazır olduğunu bildirib. Malayziya və Səudiyyə Ərəbistanı şirkətləri yeni 737 Max təyyarələrinə maraq göstəriblər.

Xatırladaq ki, bu il Çinə 50-yə yaxın “Boeing” təyyarəsinin çatdırılması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş