Çin ABŞ-ın mallara əlavə gömrük rüsumları tətbiqi planlarına cavab verəcək

Dünya

28.02.2025 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

“Çin qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək”

Pekin öz qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun mart ayında Çin mallarına əlavə tariflər tətbiq etmək planları fonunda Çin Ticarət Nazirliyindən bildirilib.

“Əgər Birləşmiş Ştatlar təkbaşına israr edərsə, Çin qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi əks tədbirləri görəcək”, - məlumatda vurğulanıb.

Nazirlikdən həmçinin qeyd edilib ki, “birtərəfli tariflər ÜTT qaydalarını və çoxtərəfli ticarət sistemini pozur”.

Bundan əlavə, bəyanatda bildirilib ki, tariflər Amerika şirkətləri və istehlakçıları üzərindəki yükü artıracaq və qlobal təchizat zəncirinin sabitliyini pozacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp martın 4-dən Çindən gətirilən mallara əlavə 10% rüsum tətbiq etməyi planlaşdırdığını açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş