Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarı bərpa olunub

Xəbərlər

09.05.2023 - 15:37

cedabet dərman SEO Xidməti

Prezident Qarabağinin məzarını ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

AYNA xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub.

Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.

Prezident İlham Əliyev Mir Möhsün Nəvvab Qarabağinin məzarı üzərinə gül dəstəsi qoydu.

Qeyd edək ki, bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.

Xatırladaq ki, Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib.

Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarı bərpa olunub Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarı bərpa olunub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş