Söhbət zamanı bir sıra məsələlər müzakirə olunub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.