Ceyhun Bayramovla Klaar arasında telefon danışığı olub

Xəbərlər

12.04.2022 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Danışıqlar zamanı bölgədə baş verən son hadisələr müzakirə olunub

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, tərəflər Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşün davamı olaraq, bölgədə baş verən son hadisələr, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş