Ceyhun Bayramovdan “3+3 formatı barədə AÇIQLAMA

Aktual

12.12.2021 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

“İlk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar”

“Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbüskarı olublar”.

AYNA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüslə bağlı danışıqlar gedib: “Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əminamanlığın bərba edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirə edib”.

O qeyd edib ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib: “Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş