XİN başçısı Türkiyəyə rəsmi səfər edib
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edib. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində nazir C.Bayramovun Türkiyə xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.