Nazir yüksək səviyyəli görüşlər keçirəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfər edib. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə platformasında məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rumıniya xarici işlər naziri və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.