Ceyhun Bayramov Blinkenə təşəkkür edib

Xəbərlər

30.06.2023 - 13:31

cedabet dərman SEO Xidməti

Nazir “Facebook” səhifəsində paylaşım edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. AYNA xəbər verir ki, bu barədə nazir “Facebook” səhifəsində paylaşım edib.

“Mən ABŞ tərəfinə və dövlət katibi Antoni Blinkenə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsinə görə minnətdarlığımı bildirirəm. Bizim dövlət katibi ilə həmçinin ikitərəfli və üçtərəfli görüşlərimiz oldu”, - deyə Bayramov paylaşımında qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş