Nazir forumda iştirak edəcək, çoxsaylı görüşlər keçirəcək
10 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərinə yola düşüb.
XİN-dən AYNA-ya bildirilib ki, Antalya Diplomatiya Forumunda iştirak edəcək nazir Ceyhun Bayramovun həmçinin çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.