Çexiya prezidenti hökumətin istefasını təsdiqləyib

Dünya

12.11.2021 - 02:28

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı konstitusiyaya uyğun şəkildə hökumətin istefasını qəbul edib

Çexiya Prezidenti Miloş Zeman Baş nazir Andrey Babişin rəhbərlik etdiyi hökumətin istefasını təsdiqləyib.

AYNA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi İrji Ovçaçek özünün sosial şəbəkə hesabında məlumat verib. Ovçaçek bildirib ki, dövlət başçısı konstitusiyaya uyğun şəkildə hökumətin istefasını qəbul edib.

Qeyd edək ki, hökumət 8-9 oktyabr tarixlərində keçirilən seçkilərin nəticələrinə əsasən istefa verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş