Cənub bölgəsinin sakinləri erkən nikahın nəticələri ilə bağlı maarifləndirildi

Xəbərlər

02.06.2022 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Təlimlər TƏBİB-in təşkilatçılığı ilə həyata keçirilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə yerli əhalinin və tibb işçilərinin maarifləndirilməsi məqsədilə “Erkən nikahın arzuolunmaz nəticələri və abortun zərərləri”, “Yeniyetmə və uşaqların ginekologiyası” mövzularında təlimlərin keçirilməsinə start verilib.

TƏBİB-dən AYNA-ya bildirilib ki, layihə çərçivəsində ilk təlimlər cənub bölgəsi üzrə Lənkəran, Masallı və Astara rayon mərkəzi xəstəxanalarında baş tutub.

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin koordinatoru Hicran Kazimova və Kliniki Tibbi Mərkəzin 5 saylı qadın məsləhətxanasının müdiri Leyla Məmmədova tərəfindən mövzu ilə bağlı geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş