Çempionlar Liqasının final oyunu Rusiyadan alınır

İdman

24.02.2022 - 18:19

Həkimlər Klinikalar SEO Xidməti

UEFA Rusiyanın qarşılaşmaya ev sahibliyi etmək hüququnu əlindən alıb

UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki “Qazprom Arena”da keçirilməyəcək. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Bildirilir ki, Avropanın ali futbol qurumu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın qarşılaşmaya ev sahibliyi etmək hüququnu əlindən alıb. Qərar fevralın 25-də UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

Qeyd edək ki, cari mövsüm final oyunu mayın 28-də gerçəkləşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş