Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirib.
AYNA-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv yerli komanda ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.
Turnirdə növbəti oyun mayın 27-də Özbəkistana qarşı olacaq.