Cəlilabadda 22 yaşlı qadın itkin düşüb - FOTO

Xəbərlər

25.08.2023 - 11:31

cedabet dərman SEO Xidməti

Zəkirə Mirzəyeva iyulun 5-də gedib və indiyədək qayıtmayıb

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Zəkirə Mirzəyevanın əlamətləri bunlardır: boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli köynək və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsinə təhvil vermişdilər.

Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş