Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Xəbərlər

21.01.2022 - 20:14

Həkimlər Klinikalar SEO Xidməti

Həmin silahlar aidiyyəti üzrə təhvil verilib

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri E.Nəbiyev və S.Abbasovdan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin silahlar aidiyyəti üzrə təhvil verilib.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən, həmçinin, rayon sakini Y.Qəribovun mülki silahın daşınması qaydalarını pozduğu müəyyən edilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş