Cəbrayılda ağır yol qəzasında 3 nəfər ölüb

Hadisə

09.03.2024 - 20:17

Əli Cəfərov, Mehdi Mehdiyev və Etibar Əliyev hadisə yerində ölüb

Cəbrayıl rayonunun Marallı kəndində 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Cəfərov, Mehdi Mehdiyev və Etibar Əliyev hadisə yerində ölüb.

Daha 3 nəfər ağır xəsarət alıb. Onların kimliyi dəqiqləşdirilir. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az