Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Xəbərlər

01.07.2024 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Leysan olacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında iyulun 2-dən 3-ü axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər