Çavuşoğlu: “Rusiya ilə Ukraynanın mövqeyi bəzi mövzularda yaxınlaşıb”

Dünya

26.03.2022 - 20:53

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "XİN başçıları bir daha bir araya gəlməlidirlər"

Rusiya və Ukrayna liderlərini bir araya gəlməsi üçün mütləq şəkildə Belarusdakı danışıqlarda yaxınlaşma olmalıdır.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, tərəflərin mövqeyi bəzi mövzularda artıq yaxınlaşıb.

“Və ancaq bundan sonra iki lider görüşə bilər. Lakin bundan əvvəl XİN başçıları bir daha bir araya gəlməlidirlər”, - deyə nazir bildirib.

Çavuşoğlu əlavə edib ki, müharibə davam etdiyi halda hər hansı sülh sazişinin imzalanması çətin məsələdir. O bunun üçün atəşkəsə nail olmaq lazım olduğunu deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş