Çavuşoğlu: "Gərginliyin artması heç kimə fayda verməyəcək"
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.
AYNA-nın xəbərinə görə, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.
Danışıq zamanı Çavuşoğlu gərginliyin daha da artmasının heç kimə fayda verməyəcəyini vurğulayaraq, hərbi əməliyyatların dayandırılmasına çağırıb.
Nazir Türkiyənin arzu edildiyi təqdirdə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha vurğulayıb.