“Can Laçın” - FOTO

Xəbərlər

19.03.2024 - 16:46

Laçında Novruz yarmarkası keçirilir

Laçın sakinləri 32 ildən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruzun sonuncu çərşənbəsi olan İlaxır çərşənbə münasibətilə Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası keçirilir.

AYNA “Azertac”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər, qonaqlar da iştirak edir.

Novruz yarmarkasında Laçında ərsəyə gələn məhsullarla yanaşı, respublikanın tanınmış sənətkarların əl işləri də sərgilənir. Bayram tədbirində, həmçinin milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunacaq.

“Can Laçın” - “Can Laçın” - “Can Laçın” -
Müəllif: Ayna.az