Proqrama dərsliklərdən kənar heç bir element daxil edilməyib
AYNA APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva həm IX, həm də XI sinif üzrə buraxılış imtahanının bir mərhələdə keçiriləcəyini bildirib.
"İmtahanlar 85 sualdan ibarət olacaq. Proqramda əsas mənbə dərsliklərdir. Proqrama dərsliklərdən kənar heç bir element daxil edilməyib. Bacarıqlar da dərsliklər vasitəsilə formalaşır. Tövsiyə edərdim ki, dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanlar OTK.az saytında onlayn sınaq imtahanında iştirak etsin, I-XI siniflər üzrə DİM tərəfindən tapşırıq nümunələri kitabçalarına baxsınlar, dinləmə materialları DİM saytında yerləşdirilib”, - deyə DİM rəsmisi qeyd edib.