Buraxılış imtahanlarında 17 nəfər fiziki məhdudiyyətli şagird iştirak edəcək

Xəbərlər

03.03.2022 - 11:37

cedabet dərman SEO Xidməti

İmtahanlar respublikanın 30 şəhər və rayonunda təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi martın 5-6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 17 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Xatırladaq ki, martın 5-də keçiriləcək imtahanlarda 22 min 902, martın 6-da keçiriləcək imtahanlarda isə 24 min 824 nəfər olmaqla, ümumilikdə 47 min 726 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar respublikanın 30 şəhər və rayonunda təşkil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş