Bundan sonra Ukraynaya gedən Rusiya vətəndaşlarına viza rejimi tətbiq ediləcək

Dünya

01.07.2022 - 09:47

Baş nazir: “Ukrayna nəhayət ki, Rusiya ilə əlaqələri kəsir”

İyulun 1-dən Ukrayna ərazisinə girən Rusiya vətəndaşlarına viza rejimi tətbiq ediləcək. AYNA UNİAN-a istinadən bildirir ki, Ukrayna Nazirlər Kabinetinin iyunun 17-də Rusiya Federasiyasının vətəndaşlarına viza rejiminin tətbiq edilməsi barədə çıxardığı qərar bu gündən qüvvəyə minib.

Ukraynanın Baş naziri Denis Şmıqal qeyd edib ki, Ukrayna nəhayət ki, Rusiya ilə əlaqələri kəsir: “Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı çıxmaq üçün hökumət Ukrayna Prezidentinin göstərişlərini yerinə yetirərək yalnız Rusiya Federasiyası ilə vizasız rejimə dair müqaviləni ləğv etdi”.

Müəllif: Ayna.az