Bugünkü hərracda tələb 70,9 milyon dollar təşkil edib

İqtisadiyyat

14.12.2023 - 14:42

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

Dekabrın 14-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan AYNA-ya verilən məlumata görə, hərracda tələb 70,9 milyon dollar təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Ayna.az