Bu il GUAM liderlərinin sammiti keçiriləcək

Xəbərlər

09.02.2022 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "GUAM-ın praktiki tərəfləri çoxdur"

Bu il GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin liderlərinin sammiti olacaq. AYNA APA-ya istinadən bildirir ki, bu sözləri Moldovanın XİN rəhbəri Niku Popesku deyib.

Nazir bildirib ki, GUAM-ın persektivi yaxşıdır: “Bildiyiniz kimi, bu il təşkilata sədrliyi Moldova edəcək. Biz ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bu il GUAM-a üzv dövlətlərin dövlət və hökumət başçılarının sammiti də planlaşdırılır, bunun detalları üzərində işləyirik. Biz həmçinin sektoral əməkdaşlığı gücləndirmək istəyirik, bura – nəqliyyat, enerji, ərzaqların çatdırılması və s. məsələlər daxildir. GUAM-ın praktiki tərəfləri çoxdur. Bildiyiniz kimi, bu təşkilat həmrəylik, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı dəstəyi təşviq etmək üçün yaradılıb. Və biz indi də bu məsələlərlə bağlı koordinasiyalı əməkdaşlıq aparırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş