"Məktəbəqədər təhsildə 84 tərbiyəçi-müəllim işə götürülüb"
Bu il Bakı məktəbləri üzrə 53 direktor işə qəbul edilib. AYNA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
Vəliyeva bildirib ki, eyni zamanda, 2284 müəllim işə götürülüb.
"Məktəbəqədər təhsildə isə 84 tərbiyəçi-müəllim işə götürülüb".