DİM: son illərdə imtahan iştirakçılarının nəticələri yaxşılaşıb
Bu il magistraturaya qəbul imtahanında bakalavrların yarısının imtahanlarda topladığı bal 53-dən yüksək (median 53.98) olub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya bildirilib ki, ötən il isə bu göstərici 51 baldan aşağı (median 50.75) olub.
Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələri yaxşılaşıb.
2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib.