Təmir işləri aparılan zaman Lənkəranın bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar sentyabrın 27-də saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində quraşdırılmış qaztənzimləyici qurğunun yenisi ilə əvəz olunması, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən cəzaçəkmə müəssisəsinin qazlaşdırılması ilə bağlı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Lənkəran 1 və 2”, “RVU-2” (Lənkəran) ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.