Bu gün keçirilən imtahanların nəticələri 3 həftə ərzində elan olunacaq

Xəbərlər

05.05.2024 - 17:46

Mayın 6-dan etibarən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il mayın 5-də aşağıdakı imtahanlar keçirilib.

DİM-dən AYNA-ya verilən məlumata görə, mayın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Müəllif: Ayna.az