Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək

Xəbərlər

16.05.2022 - 02:06

Təbiət hadisəsi saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

AYNA xəbər verir ki, təbiət hadisəsi saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.

Müəllif: Ayna.az